"Sərxoşluq" və "Spirtin zərərləri"![]() İlk öncə "niyə sərxoş oluruq?" mövzusuna biraz toxunaq. Və daha sonra spirtin "insana, insanlığa gətirdiyi ləkələrə" toxunarıq! İlk qurtumla birlikdə, spirt ağız və yemək borusu ilə təmas etdikdən sonra, ciddi miq... Famil Ə. Davamı |
Aylarin 28,29,30,31 gün fərqliliyinin sə![]() Romalılar eramızdan 758 il əvvəl 10 aylıq təqvim tətbiqinə başladılar. Bu ilk original Roma təqvimində aylar, gündüz və gecənin bərabər olduğu, minlərlə ildir həyatın başlanğıc zamanı olaraq qəbul edilən Mart ayınd... Famil Ə. Davamı |
"Evlilik üzüyü" və "Gəlin Paltarlarının"![]() Köhnə Roma'da gəlin paltarılarının rəngi sarı idi. Gəlinlər yenə sarı rəngdə örtük taxırdılar. Örtük evli və subay qadınları ayırt edirdi. Orta əsrlərlərdə isə gəlinliyin rəngindən fərqli olaraq, parçanın keyfiyyət... Famil Ə. Davamı |
|
| "Evlilik üzüyü" və "Gəlin Paltarlarının" bəyazlığı |
|
Ağ gəlin paltarı adətinin yayılması 16-cı əsrdə olmuşdur. Bu illərdə "krallıq ailəsi gəlinlərinin" gümüşü rəngdə gəlin paltar geymələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlin paltarı geyməkdə israr etdi. Bundan sonra İngilis və Fransız yazıçılar, ağ rəngin saflığın simvolu olduğu mövzusunu işləməyə başladılar. O dövr əxlaqına görə bakirəlik evliliyin imtina edilməz mövzüsü olduğu üçün ağ gəlin paltarı adəti tutdu. Evlənərkən ağ geyim geymək gənc qızların bakirəliklərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlin paltarıyla əlaqədar bəzi batil inanclar da var. Bunlara görə gəlinin "gəlinliyini şəxsən özü tikməsi", kürəkənin "toydan əvvəl gəlini, gəlin paltarıla görməsi", gəlinin "gəlinliyi toydan əvvəl geyməsi" uğursuzluq gətirir. Söz evlənmədən açılınca evlilik üzüyündən də bəhs etmək lazımdır. İnsanların evlənincə üzük taxmaları köhnə Misirlilərin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitmə nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu - təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuza qədər sürəcəyini işarələyirdi. Sonra bu inanc və adət Romalılar vasitəsi ilə yaxşıca yayıldı. Qazıntılarda o aşırtlara aid çox maraqlı evlilik üzüklərinə rast gəlinilmişdir. Evlilik üzüyünün sol ələ və sondan bir əvvəlki barmağa ilişməsinin səbəbi isə müasir tibbin inkişafından əvvəlki aşırtlara aid səhv bir insan anatomiyası məlumatıdır. O zamanlarda dövran sistemimizdəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb ürəyimizə getdiyi sanılırdı. Beləcə bura ilişən üzüklər evli cütün ürəkdən bağlılığını işarələyirdi. Hərçənd indi damarların haradan gəlib hara getdiyi bilinir amma bu da bir adət olaraq qaldı. |


